Prematür adrenarx

0

Full article

Prematür adrenarx
Qızlarda 8 yaşından öncə, oğlanlarda 9 yaşından öncə, cinsi inkişafın digər əlamətləri (süd vəzi inkişafı-qızlarda , xaya həcminin artması-oğlanlarda) olmadan, qasıq və qolaltı nahiyyələrdə tüklənmə, böyüklərə xas tər qoxusunun olması- prematür adrenarx adlanır.
Böyrəküstü vəzlərin erkən olğunlaşması ilə bağlıdır və səbəbi tam bəlli deyil.
Qeyd etmək lazımdır ki, normanın variantlarından biri hesab edilir.Qızlarda daha sıx rast gəlinir. Vaxtından əvvəl doğulan uşaqlarda, az bədən çəkisi ilə doğulan uşaqlarda və bədən-kütlə indeksi yüksək olan uşaqlarda daha sıx rast gəlinir. Hərçənd ki, bu uşaqlarda cinsi inkişaf vaxtında başlayır, lakin prematür adrenarxlı qızlarda,daha böyük yaşlarda polikistik yumurtalıq sindromu və metabolik sindrom daha sıx rastlanır!
⚠️Eyni zamanda, 5-6 yaş uşaqlarda erken tüklənmə və erişkin tip tər qoxusu daha ciddi xəstəliklərin də xəbərdar edici siqnalı ola bilər ❗Belə ki, böyrəküstü vəzin hiperplaziyası, yumurtalıq vəya xaya mənşəli androgen ifraz edən şişlərdə də bu əlamətlər ola bilir.
⚠️Əgər uşaqda, 8-9 yaşından öncə qasıq, qolaltı nahiyyələrdə tüklənmə , yetişkin tip tər qoxusu varsa, boyartımı sürətlənibsə, üzdə sivilcələr varsa, səs qalınlaşması, kliteromeqali varsa, mütləq uşaq endokrinoloqunana müraciət edin ki, altda yatan səbəb araşdırılsın.
Qeyd olunan xəstəliklərdə, həm də, sümükləşmə zonaları erkən bitişdiyi üçün uşaqlarda boy qısalığına səbəb ola bilir.

Author

Consilium Az

Consilium - Медицинский Портал