Full article

Bilirsinizmi...
Ürək damar xəstəliklərinin yaranmasına səbəb olan klassik risk faktorları(siqaretçəkmə,irsiyyət,diabet,hiperxolesterinemiya,arterial hipertenziya) çoxlarınıza məlumdur.Bəs klassik olmayan ,yeni boy göstərməkdə olan risk faktorları?Onlardan ən məşhurları aşağldakılardır:
▪SLE-(sistemik qırmızı qurd eşənəyi) İşemik ürək xəstəliyi riskini 3 dəfə artırır.
▪Revmatoid artrit-işemik ürək xəstəliyi riskini şəkərli diabet qədər artırdığı düşünülür
▪Gestasional diabet (hamiləlik zamanı yaranan) -Gələcəkdə diabetlə xəstələnmə ehtimalını 4 dəfə,miokard infarktı riskini 59% artırır.
▪Gestasional hipertenziya(hamiləlikdə yaranan) və preeklampsiya- işemik ürək xəstəliyi riskini 3 dəfə artırır
▪Erkən menopauza (aybaşının 40 yaşdan erkən kəsilməsi)-işemik ürək xəstəliyi rsikini 4.5 dəfə artırır.
▪Depressiya-işemik ürək xəstəliyi rsikini 2 dəfə artırır.

Author