Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstələr nelere diqqət etməlidirlər?

0

Full article

Xroniki olaraq ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstələr daimi dərman müalicəsi ilə yanaşı aşağıdakılara diqqət etməlidirlər
▪Siqareti tərgitmək və siqaret çəkilən mühitdən uzaqlaşmaq
▪Fiziki məşqə əsaslanan(velosiped sürmək,iti sürətli yeriş,əzələlərin möhkəmləndirilməsi və s)kardiak reabilitasiya.Bu, hər bir kəsin götürə biləcəyi yükə müvafiq təyin olunur.
▪Psixoloji reabilitasiya (ailə üzvlərinin psixoloji dəstəyi,ehtiyac olduqda psixoloq görüşməsi).Bu xəstələrin bir qismində depressiya qeyd edilir və onların həyatına mənfi yönündə təsir edir.
▪Belə xəstələr ildə bir dəfə qrip əleyhinə vaksinasiya olunmalıdır.
▪Alkoqol xəstələrin əksəriyyəti üçün limitli miqdarda (gündə 15 qr,həftədə maksimum 100 qr) yol veriləndir.
▪Fiziki yük,hərəkət zamanı şikayətləri meydanan çıxmayan xəstələrdə seksual aktivliyə icazə verilir
▪Sağlam qidalanma (balıq ,toyuq,tərəvəzlər meyvədən bol.Ət,yağlı ,xəmir,şirin qidalardan kasad diet)
▪Kök xəstələrə çəki itirmək tövsiyyə olunur.Bədən çəki indeksi 25 kq/m2 dən az olmalıdır.

Author