Yeni Klinika - Koronavirusa yoluxanlar Bakıda bu xəstəxanada müalicə olunacaqlar

0

Full article

“Bakıda 29 martdan etibarən “Yeni klinika” tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar”.

"Report" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması. Tibb ocağı 575 çarpayılıqdır. Burada cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

“Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Author

Consilium Az

Consilium - Медицинский Портал